İranda koronavirusdan ölənlərin sayı 8 012-yə çatdı

İranda koronavirusdan ölənlərin sayı 8 012-yə çatdı İranda koronavirusa yoluxanların sayı yenə artıb.
Region
3 İyun , 2020 13:48
İranda koronavirusdan ölənlərin sayı 8 012-yə çatdı

İranda koronavirusa yoluxanların sayı yenə artıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

O deyib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 70 nəfər artaraq 8 012 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,4 milyonu ötüb. Bunların 3 milyon nəfərdən çoxu sağalıb, 382 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi