İranda koronavirusa yoluxanların sayı 146 mini keçdi

İranda koronavirusa yoluxanların sayı 146 mini keçdi İranda son sutka ərzində 2 819 koronavirusa yoluxma halı aşkarlanıb, yoluxanların ümumi sayı 146 mini keçib.
Region
29 May , 2020 15:06
İranda koronavirusa yoluxanların sayı 146 mini keçdi

İranda son sutka ərzində 2 819 koronavirusa yoluxma halı aşkarlanıb, yoluxanların ümumi sayı 146 mini keçib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların sayı 146 668 nəfər təşkil edir.

IRINN telekanalına açıqlamasında Nazirlik rəsmisi 114 931 nəfərin virusdan sağaldığını əlavə edib.

K.Cahanpur son sutka ərzində 50 nəfərin COVID-19 nəticəsində öldüyünü, virus qurbanlarının ümumi sayının isə 7 677 nəfər olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi