İranda koronavirusa yoluxan deputatların sayı artdı

İranda koronavirusa yoluxan deputatların sayı artdı İranda 4 deputata koronavirus diaqnozu qoyulub.
Region
28 Fevral , 2020 12:15
İranda koronavirusa yoluxan deputatların sayı artdı
google.az

İranda 4 deputata koronavirus diaqnozu qoyulub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmməd Əli Vəkili deyib. 

Onun sözlərinə görə, 30 millət vəkilinə koronavirus testi edilib. Analizin nəticəsində 4 deputatın koronavirusa yoluxduğu məlum olub. 

Qeyd edək ki, İranda rəsmi məlumatlara görə, koronavirusdan ölənlərin sayı 26 nəfərdir. Bundan əlavə, 245 yoluxma halı qeydə alınıb.

Eyni zamanda İranda səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və deputatlar - Mahmud Sadiqi Müctəba Zünnur koronavirus daşıyıcısıdır.

Son xəbərlər

Orphus sistemi