Yuxarı
    Bağlamaq

    ​İranda "islamyönlü" 285 sayt bağlanıb

    General Kamal Hadianfər: Terrorçu İŞİD qruplaşmasını dəstəkləyən sayt yaratmaq şübhəli bilinən 53 nəfər tutulub

    Bakı. 7 dekabr. REPORT.AZ/ İranda terrorçu İŞİD qruplaşmasını dəstəkləyən sayt yaratmaqda şübhəli bilinən 53 nəfər tutulub.

    "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin kiber cinayətlərlə mübarizə polisinin başçısı briqada generalı Kamal Hadianfər Tehranda keçirdiyi mətbuat konfransında bildirib.

    Məlumata görə, son 8 ayda İranın kiber cinayətlərlə mübarizə polisi İŞİD-i dəstəkləyən 132 sayt aşkarlayaraq fəaliyyətini dayandırıb.

    O bildirib ki, ümumilikdə son 20 ayda İranda "islamyönlü" 285 sayt bağlanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi