Yuxarı

İranda iki gündə 20 nəfər edam olunub

İranda iki gündə 20 nəfər edam olunub
Beynəlxlaq hüquq müdafiə təşkilatının hesabatında 2015-ci ildə İranda 977 nəfərin edam olunduğu vurğulanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ İranda son iki gündə 20 məhkum edam edilib.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məlumatı İranda insan haqlarını müdafiə edən “Herana” təşkilatı yayıb.

İnformasiyaya əsasən, onlar narkotik maddələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda, oğurluq, silah əldə etmək və qətldə günahkar bilinərək məhkum olunmuş şəxslərdir. 

Xəbərə görə, edam hökmləri ölkənin Rəşt şəhərindəki Lakan Mərkəzi, Kərəcin Rəcaişəhr, Kermanın Şehab və Həmədan həbsxanalarında icra olunub.

Qeyd edək ki, beynəlxlaq hüquq müdafiə təşkilatının hesabatında 2015-ci ildə İranda 977 nəfərin edam olunduğu vurğulanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi