İranda iğtişaşlarda iştirak edən avropalı saxlanılıb

İranda iğtişaşlarda iştirak edən avropalı saxlanılıb Onun etirazları qızışdıranlardan biri olduğu ehtimal edilir
Region
3 Yanvar , 2018 19:21
İranda iğtişaşlarda iştirak edən avropalı saxlanılıb

Bakı. 3 yanvar. REPORT.AZ/ İranın güc strukturu əməkdaşları ölkənin qərbində yerləşən Lurestan əyalətinin Borucerd şəhərindəki iğtişaşlarda iştirak edən Avropa ölkələrindən birinin vətəndaşını saxlayıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü şəhərin məhkəmə hakimiyyətinin nümayəndəsi Həmid Rza Baalhəsəniyə istinadən "Tasnim" agentliyi məlumat yayıb.

"Avropa vətəndaşı Borucerddə son hadisələr zamanı saxlanılıb", - deyə o bildirib və əlavə edib ki, əcnəbi, istintaqın fərziyyəsinə görə, iğtişaşları qızışdıranlardan biridir.

Son xəbərlər

Orphus sistemi