Yuxarı

İranda hərbi paradda törədilən terror aktı qurbanları ilə əlaqədar matəm elan edilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ İran hökuməti Əl-Əhvaz şəhərində keçirilən parad zamanı törədilən terror aktı qurbanları ilə əlaqədar sentyabrın 24-də ölkədə matəm elan edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, terror aktı qurbanlarınn dəfn günü milli matəm günü elan olunub. İran hökuməti terror aktı nəticəsində ölənlərin və xəsarət alanların ailələrinə başsağlığı verib.

IRNA agentliyinin məlumatına görə, terror aktına görə məsuliyyəti Səudiyyə Ərəbistanı ilə əlaqədə olan "Əl-Əhvazın vətənpərvər ərəb demokratik hərəkatı" üzərinə götürüb.

İran prezidenti Həsən Ruhani bildirib ki, paradda törədilmiş terror aktında ABŞ-ın və Fars körfəzinin cənub ölkələrindən birinin əli var.

Terrorçuların parad iştirakçılarını atəşə tutması nəticəsində 28 nəfər həlak olub, daha 60 nəfər yaralanıb.


Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi