​İranda güclü qar səbəbindən məktəblər birgünlük bağlanıb

​İranda güclü qar səbəbindən məktəblər birgünlük bağlanıb Şərqi Azərbaycan, Qərbi Azərbaycan Ərdəbil, Zəncan, Həmədan əyalətləri və Tehrana güclü qar yağıb
Region
7 Dekabr , 2015 17:52
​İranda güclü qar səbəbindən məktəblər birgünlük bağlanıb

Bakı. 7 dekabr. REPORT.AZ/ İranda güclü qar yağması səbəbindən bəzi əyalətlərdə məktəblər birgünlük bağlanıb.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, Şərqi Azərbaycan (mərkəzi Təbriz), Qərbi Azərbaycan (Urmiya şəhəri) Ərdəbil, Zəncan, Həmədan əyalətləri və Tehrana güclü qar yağıb. Həmin ərazilərdə hava şaxtalıdır. Kənd yolları bağlanıb.

Xəbərdə bildirilib ki, dekabrın 8-də temperaturun artacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi