Yuxarı
    Bağlamaq

    İranda etirazlar zamanı atışma olub, ölən və yaralananlar var - VİDEO

    Bakı. 1 yanvar. REPORT.AZ/ İranda etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı 1 nəfər öldürülüb.

    "Report" xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi dövlət telekanalına istinadən məlumat yayıb.

    Məlumata görə, hadisə Nəcəfabad şəhərində baş verib. "İğtişaşların iştirakçılarından biri ov tüfəngindən polis əməkdaşları istiqamətində atəş açıb. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb", - deyə xəbərdə bildirilir.

    Daha əvvəl məlum olub ki, aksiyaların gedişində 12 nəfər ölüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi