İranda etirazlar zamanı atışma olub, ölən və yaralananlar var - VİDEO

İranda etirazlar zamanı atışma olub, ölən və yaralananlar var - VİDEO Bakı. 1 yanvar. REPORT.AZ/ İranda etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı 1 nəfər öldürülüb.
Region
1 Yanvar , 2018 22:55
İranda etirazlar zamanı atışma olub, ölən və yaralananlar var - VİDEO

Bakı. 1 yanvar. REPORT.AZ/ İranda etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışma zamanı 1 nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" agentliyi dövlət telekanalına istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Nəcəfabad şəhərində baş verib. "İğtişaşların iştirakçılarından biri ov tüfəngindən polis əməkdaşları istiqamətində atəş açıb. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb", - deyə xəbərdə bildirilir.

Daha əvvəl məlum olub ki, aksiyaların gedişində 12 nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi