İranda etiraz aksiyası keçirilib, 1 nəfər ölüb, 6 nəfər yaralanıb

İranda etiraz aksiyası keçirilib, 1 nəfər ölüb, 6 nəfər yaralanıb Bakı. 17 may. REPORT.AZ/ İranın Fars əyalətində keçirilən etiraz aksiyasında 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Region
17 May , 2018 13:38
İranda etiraz aksiyası keçirilib, 1 nəfər ölüb, 6 nəfər yaralanıb
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ İranın Fars əyalətində keçirilən etiraz aksiyasında 1 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə mayın 17-də gecə saatlarında baş verib.

Məlumata görə, hökumət əyalətin Kazerun şəhərini iki yerə bölüb. Şəhər sakinləri isə hökumətin bu qərarı ilə razılaşmayıblar və küçələrə çıxaraq aksiya keçiriblər. 

Bu zaman polislə etirazçılar arasında qarşıdurma yaranıb. Nəticədə 1 aksiya iştirakçısı ölüb, 6-sı yaralanıb.

Dövlət rəsmiləri hadisəyə hələlik münasibət bildirməyiblər. 

Son xəbərlər

Orphus sistemi