Yuxarı
    Bağlamaq

    İranda etiraz aksiyaları ilə əlaqədar bir neçə nəfər saxlanılıb

    Bakı. 1 yanvar. REPORT.AZ/ İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi etiraz aksiyalarına səbəb olan bir neçə nəfərin saxlanıldığını xəbər verib.

    "Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

    Məlumatda qeyd edilir ki, nazirlik "son həyəcanlara təhrik edilməsi ilə bağlı bir neçə elementi müəyyən etməyə və saxlamağa nail olub".

    İranın Tehran, Məşhəd, İsfahan, Rəşt kimi iri şəhərlərində dekabrın 28-dən sosial narazılıqla bağlı kütləvi aksiyalar keçirilir. Aksiyalar zamanı bir neçə nəfər ölüb.

    Prezident Həsən Ruhani bildirib ki, narazılıqlara ölkənin daxili problemləri, həmçinin İranın xaricindəki təhrikçi qüvvələr səbəb olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi