İranda etiraz aksiyaları ilə əlaqədar bir neçə nəfər saxlanılıb

İranda etiraz aksiyaları ilə əlaqədar bir neçə nəfər saxlanılıb Bakı. 1 yanvar. REPORT.AZ/ İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi etiraz aksiyalarına səbəb olan bir neçə nəfərin saxlanıldığını xəbər verib.
Region
1 Yanvar , 2018 21:54
İranda etiraz aksiyaları ilə əlaqədar bir neçə nəfər saxlanılıb

Bakı. 1 yanvar. REPORT.AZ/ İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi etiraz aksiyalarına səbəb olan bir neçə nəfərin saxlanıldığını xəbər verib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Məlumatda qeyd edilir ki, nazirlik "son həyəcanlara təhrik edilməsi ilə bağlı bir neçə elementi müəyyən etməyə və saxlamağa nail olub".

İranın Tehran, Məşhəd, İsfahan, Rəşt kimi iri şəhərlərində dekabrın 28-dən sosial narazılıqla bağlı kütləvi aksiyalar keçirilir. Aksiyalar zamanı bir neçə nəfər ölüb.

Prezident Həsən Ruhani bildirib ki, narazılıqlara ölkənin daxili problemləri, həmçinin İranın xaricindəki təhrikçi qüvvələr səbəb olub.

Son xəbərlər

Orphus sistemi