İranda dövlət qurumlarına xarici sosial şəbəkələrdən imtina üçün bir həftə vaxt verilib

İranda dövlət qurumlarına xarici sosial şəbəkələrdən imtina üçün bir həftə vaxt verilib Bu gün dövlət işçilərinin "Telegram" da daxil olmaqla, xarici mesencerlərdən istifadəsinə qadağa qüvvəyə minir
Region
20 Aprel , 2018 12:13
İranda dövlət qurumlarına xarici sosial şəbəkələrdən imtina üçün bir həftə vaxt verilib

Bakı. 20 aprel. REPORT.AZ/ İranın dövlət qurumları bir həftə ərzində xarici sosial şəbəkələrdən istifadədən imtina etməlidir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti İsaq Cahangiri bildirib.

"Bütün dövlət və hökumət qurumları və orqanları, eləcə də qeyri-hökumət təşkilatları fəaliyyətlərini və təklif olunan xidmətlərini bir həftə ərzində İranın sosial şəbəkə platformalarına köçürməlidir", - İ.Cahangiri deyib.

Bu gün dövlət işçilərinin "Telegram" da daxil olmaqla, xarici mesencerlərdən istifadəsinə qadağanın qüvvəyə minəcəyi gözlənilir.

Xatırladaq ki, daha öncə "Telegram"da İranın ali lideri Ayətullah Əli Xameneinin rəsmi kanalı bağlanmışdı.

Bununla yanaşı, ölkədə aprelin 20-dən etibarən yerli istehsal olan "Soroush" mesencerinin işə başlayacağı barədə elan verilib.

Son xəbərlər

Orphus sistemi