İranda daşqın nəticəsində 4 nəfər həlak olub

İranda daşqın nəticəsində 4 nəfər həlak olub Bakı. 6 oktyabr. REPORT.AZ/ İranın Mazandaran vilayətində güclü daşqın səbəbindən 4 nəfər həlak olub.
Region
6 Oktyabr , 2018 15:50
İranda daşqın nəticəsində 4 nəfər həlak olub

Bakı. 6 oktyabr. REPORT.AZ/ İranın Mazandaran vilayətində güclü daşqın səbəbindən 4 nəfər həlak olub.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyinə vilayətin Təcili Tibbi Yardım Mərkəzindən bildirilib. 

Cümə günü Mazəndəran və Gilan vilayətləri ərazisində yağan leysan yağış nəticəsində bəzi evlər dağılıb və yollar çöküb, habelə elektrik təchizatı, nəqliyyat və rabitədə fasilə yaranıb.

“Mehr” agentliyinin verdiyi xəbərə görə, Mazandaran vilayətinin 6 şəhərində məktəblər müvəqqəti bağlanıb.

Son xəbərlər

Orphus sistemi