İranda "Bavar-373" zenit-raket kompleksinin təqdimatı olub

İranda "Bavar-373" zenit-raket kompleksinin təqdimatı olub "Bavar-373" ZRK ilin sonuna qədər silahlanmaya qəbul ediləcək
Region
21 Avqust , 2016 10:54
İranda Bavar-373 zenit-raket kompleksinin təqdimatı olub

Bakı. 21 avqust. REPORT.AZ/ Tehranda keçirilən İranın müdafiə sənayesinin nailiyyətləri sərgisində yerli "Bavar-373" zenit-raket kompleksinin təqdimatı olub.

"Report" xəbər verir ki, sərgini İran prezidenti Həsən Ruhani və müdafiə naziri Hüseyn Dehqan ziyarət edib.

İranın Müdafiə Sənayesi Gününə həsr olunmuş sərgidə ölkənin müdafiə sənayesi kompleksinin döyüş təyyarə və vertolyotlarının istehsalı, aviamühərriklərin və pilotsuz uçan apparatların yaradılması sahəsində əldə etdiyi son nailiyyətlər təqdim olunub.

Hüseyn Dehqan bildirib ki, "Bavar-373" ZRK sınaqdan keçirilməyə hazırlanır və cari ilin sonuna qədər silahlanmaya qəbul ediləcək.

Son xəbərlər

Orphus sistemi