Bakı. 18 avqust. REPORT.AZ/ İranın təhlükəsizlik və informasiya nazirliyinin əməkdaşları (ETTELAAT) Ərdəbil vilayətində Savalan dağına dinc yürüş təşkil etmək istəyən 10-a yaxın İran azərbaycanlısını saxlayıb.
Report İran KİV-nə istinadən xəbər verir ki, nazirlik əməkdaşları aralarında məşhur azərbaycanlı fəalların olduğu bir qrup insanı saxlayıb. Bütün saxlanılan şəxslər Meşkinşəhərdə ETTELAAT mərkəzinə gətiriliblər. Onlara qarşı İslam rejiminə qarşı yönəlmiş qanunsuz hərəkətlərdə ittiham irəli sürülüb.