Yuxarı
    Bağlamaq

    İranda azərbaycanlı fəallar saxlanılıb

    Ərdəbil vilayətində Savalan dağına dinc yürüş təşkil etmək istəyən 10-a yaxın İran azərbaycanlısı saxlanılıb

    Bakı. 18 avqust. REPORT.AZ/ İranın təhlükəsizlik və informasiya nazirliyinin əməkdaşları (ETTELAAT) Ərdəbil vilayətində Savalan dağına dinc yürüş təşkil etmək istəyən 10-a yaxın İran azərbaycanlısını saxlayıb. 

    Report İran KİV-nə istinadən xəbər verir ki, nazirlik əməkdaşları aralarında məşhur azərbaycanlı fəalların olduğu bir qrup insanı saxlayıb. Bütün saxlanılan şəxslər Meşkinşəhərdə  ETTELAAT mərkəzinə gətiriliblər. Onlara qarşı İslam rejiminə qarşı yönəlmiş qanunsuz hərəkətlərdə ittiham irəli sürülüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi