​İranda AES-in yerləşdiyi rayonda zəlzələ olub

​İranda AES-in yerləşdiyi rayonda zəlzələ olub Zəlzələnin qurbanları ilə bağlı məlumat verilməyib
Region
1 İyun , 2015 15:52
​İranda AES-in yerləşdiyi rayonda zəlzələ olub

Bakı. 1 iyun. REPORT.AZ/ İranda Buşəhr Atom Elektrik Stansiyasının (AES) yerləşdiyi bölgədə 4,4 bal gücündə zəlzələ olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Tehran Universiteti nəzdində Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Buşəhr şəhərindən, AES-in yerləşdiyi ərazidən 110 km şimal-qərbdə baş verib.

Zəlzələnin qurbanları, dağıntı, eləcə də stansiyanın vəziyyəti ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, 2013-cü ildə həmin bölgədə 6,1 bal gücündə zəlzələ baş vermişdi. Bu təbii fəlakət nəticəsində 40-a yaxın insan ölmüşdü.

İngilis versiyası Earthquake occurs in Iran

Son xəbərlər

Orphus sistemi