Yuxarı

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 64-ə çatıb - YENİLƏNİB-2 - FOTO

​İranda 5,7 maqnitudalı zəlzələ baş verib

İranın cənub-qərbində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 64 nəfərə çatıb.

"Report" ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Xuzistan vilayətinin təcili tibbi yardım mərkəzinin rəhbəri Məhəmməd Əmin Zərgər bildirib.


***12:40

İranın cənub-qərbində baş vermiş zələzələ nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bu barədə "Report" "Tasnim"ə istinadən xəbər verir.


***11:55

İranın qərbində 5,7 maqnitudalı zəlzələ baş verib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.

Seysmoloqların bildirdiyinə görə, yeraltı təkanlar Bakı vaxtı ilə səhər saat 11:00-da qeydə alınıb, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri Məscide-Süleyman şəhərindən 37 km cənub-şərqdə və Əhvaz şəhərindən 87 km məsafədə yerləşib.

Hələlik dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi