İranda 5,7 bal gücündə zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ İranın cənubunda Hörmüzqan əyalətinin Bəndər Lenqe rayonunda qeydə alınıb. Bundan başqa, yer altı təkanların Birləşmiş Ərəb Əmirliklərində də hiss edildiyi deyilir.
Dağntılar və itkilər barədə hələlik məlumat verilməyib.