İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib Bakı. 22 iyun. REPORT.AZ/ “İranda 19 il əvvəl 36 polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən terrorçu həbs edilib”.
Region
22 İyun , 2018 20:58
İranda 36 polis əməkdaşının qətlində təqsirləndirilən terrorçu həbs edilib

Bakı. 22 iyun. REPORT.AZ/ “İranda 19 il əvvəl 36 polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən terrorçu həbs edilib”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının narkotiklərə qarşı mübarizə polisinin komandanı, general Məsud Zahidian bildirib.

Onun sözlərinə görə, axtarışda olan bu şəxs iki gün əvvəl saxlanılıb: “Əməliyyat keçirilən zaman ondan silah və döyüş sursatı müsadirə edilib. O, 1999-cu ildə birinci dəfə tutulub. Narkotik maddəni İranşəhr şəhərinin Qurnak kəndində gizlətdiyi barədə yalan məlumat vermişdi. O zaman 36 polis əməkdaşı, o cümlədən bir general onun əlaltıları tərəfindən mühasirəyə alınaraq qətlə yetirilmişdi”.

Həmin silahlı toqquşmadan sonra adı açıqlanmayan şəxs İranı tərk edibmiş.

Qeyd edək ki, bu kənd İranın cənub-şərqində, Sistan-Bəlucistan əyalətində yerləşir.

Son xəbərlər

Orphus sistemi