İranda 29 nəfər iqtisadiyyatı sarsıtmaqda ittiham olunaraq həbs edilib

İranda 29 nəfər iqtisadiyyatı sarsıtmaqda ittiham olunaraq həbs edilib Bakı. 31 iyul. REPORT.AZ/ İranda 29 nəfər ölkə iqtisadiyyatını sarsıtmaqda ittiham olunaraq həbs edilib.
Region
31 İyul , 2018 01:29
İranda 29 nəfər iqtisadiyyatı sarsıtmaqda ittiham olunaraq həbs edilib

Bakı. 31 iyul. REPORT.AZ/ İranda 29 nəfər ölkə iqtisadiyyatını sarsıtmaqda ittiham olunaraq həbs edilib.

"Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Məhkəmə hakimiyyətinin nümayəndəsi Qulamhüseyn Mohseni Edjey bildirib ki, həbs edilənlər tezliklə məhkəmə qarşısına çıxarılacaqlar.

Onun sözlərinə görə, onların çoxunu ölüm cəzası gözləyir. "Bu adamlar ölkənin valyuta-kredit sisteminin pozulmasına görə məsuliyyətə cəlb olunub və həbs ediliblər", - deyə o bildirib. 

Məhkəmə hakimiyyətinin nümayəndəsi həmçinin qeyd edib ki, yaxın günlərdə həmin cinayətlərlə yenə həbslər olacaq.

Son xəbərlər

Orphus sistemi