İranda 12 nəfər başı örtüksüz fotoları yaydığı üçün beş ilədək azadlıqdan məhrum olunub

İranda 12 nəfər başı örtüksüz fotoları yaydığı üçün beş ilədək azadlıqdan məhrum olunub Bu işlə əlaqədar 170-ə yaxın insan istintaqa cəlb edilib
Region
6 Dekabr , 2016 20:41
İranda 12 nəfər başı örtüksüz fotoları yaydığı üçün beş ilədək azadlıqdan məhrum olunub

Bakı. 6 dekabr. REPORT.AZ/ İranın Şiraz şəhər məhkəməsi internetdə təhrikedici fotolar yerləşdirdikləri üçün 8 kişi və 4 qadını bir ildən altı ilədək azadlıqdan məhrum edib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, qadınların fotolarının baş örtüyü olmadan yayıldığı üçün dəb biznesinin işçiləri cinyət məsuliyyətinə cəlb olunublar.

Məhkəmənin qərarına görə, hicaba əməl etməyən bu insanlar fahişəliyin, pozğunluğun yayılması və islam dəyərlərinin sarsılması ilə məşğul olublar. Saytı hazırlayan bir kişi və qadın 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə əsasən, onların cəzaları başa çatandan sonra “qərbin çılpaq mədəniyyətini” yaydıqları üçün xarici ölkəyə getmələri də qadağan olunacaq.

Ümumiyyətlə, bu məsələ ilə bağlı ilk həbs 2016-cı ilin mayında həyata keçirilib. Bu işlə əlaqədar 170-ə yaxın insan istintaqa cəlb edilib.

Son xəbərlər

Orphus sistemi