Yuxarı

​İranda 10 nəfər "təcili yardım" helikopteri qəzasının qurbanı olub

Hadisə Fars əyalətində təcili yardım xidməti göstərən zaman baş verib

Bakı. 26 mart. REPORT.AZ/ İranın cənubunda yerləşən Fars əyalətində təcili tibbi yardım xidməti göstərən vertolyotun qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub.

"Report" IRNA-ya istinadən xəbər verir ki, bu barədə yerli məmur məlumat verib.

"Altı heyət üzvü, bir tibb işçisi və 3 xəstə insident nəticəsində dünyasını dəyişib", — deyə o bildirib.

Qeyd edilir ki, bu, əyalətdə təcili tibbi yardım xidməti göstərən iki eyni vertolyotdan biri olub.

Hava gəmisinin hansı səbəbdən qəzaya uğradığı açıqlanmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi