Yuxarı

İranda silahlı hücum olub, ölən və yaralanan var

İranda 1 polis öldürülüb, 1 hərbçi yaralanıb, yanacaq çəni partlayıb

Bakı. 6 fevral. REPORT.AZ/ İranın qərbində yerləşən Loristan əyalətində naməlum şəxslərin silahlı hücumu nəticəsində bir polis əməkdaşı ölüb, leytenant rütbəli bir hərbçi isə yaralanıb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, yaralı hərbçi xəstəxanaya yerləşdirilib. 

Məlumata görə, hadisə yanacaqdoldurma məntəqəsində baş verib. Atılan güllələrdən birinin yanacaq çəninə dəyməsi nəticəsində partlayış olub.

İranın dövlət televiziyası bildirib ki, hücum edənlər qaçırdıqları avtomobillə hadisə yerindən qaçaraq gizləniblər.

Faktla bağlı istintaq başlayıb. 

Hadisənin terror aktı, yaxud adi cinayət əməli olub-olmaması hələlik məlum deyil. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi