İrana silah avadanlığı göndərən erməni əsilli ABŞ vətəndaşları 200 il müddətinə həbs edilə bilərlər

İrana silah avadanlığı göndərən erməni əsilli ABŞ vətəndaşları 200 il müddətinə həbs edilə bilərlər Zavik Zarkaryan və Vaçe Nairyan hərbi avadanlıqları qanunsuz yolla ABŞ-dan İrana aparmaqda ittiham olunurlar
Region
31 Oktyabr , 2016 09:59
İrana silah avadanlığı göndərən erməni əsilli ABŞ vətəndaşları 200 il müddətinə həbs edilə bilərlər

Bakı. 31 oktyabr. REPORT.AZ/ ABŞ-ın erməni əsilli iki vətəndaşı Zavik Zarkaryan və Vaçe Nairyan 100 il müddətinə azadlıqdan məhrum edilə bilərlər.

"Report" Ermənstan KİV-inə istinadən xəbər verir ki, 52 yaşlı Z.Zarkaryan və 57 yaşlı V.Nairyan ABŞ-dan qanunsuz yolla hərbi avadanlıqları İrana aparmaqda ittiham olunurlar.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, onlar "F-14", "F-15", "F-16" və "F-18" qırıcı təyyarələrinin 3 milyon dollar dəyərində ehtiyat hissələrini ABŞ-dan İrana göndəriblər. 

Xəbərdə bildirilib ki, Z.Zarkaryan və V.Nairyan ittihamı qəbul etməyib və məhkəmə girov qarşılığında onları zaminə buraxıb. Günahları təsdiqlənəcəyi halda Z.Zarkaryan 115 il azadlıqdan məhrum ediləcək və dövlətə 4,7 milyon dollar məbləğində cərimə ödəyəcək. V.Nairyana isə 95 il iş kəsiləck, 3,7 miyon dollar cərimələnəcək.

Məhkəmənin növbəti prosesi noyabrın 2-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi