​İrana məxsus "Su-24" döyüş təyyarəsi qəzaya uğrayıb

​İrana məxsus "Su-24" döyüş təyyarəsi qəzaya uğrayıb Hadisənin baş vermə səbəbləri araşdırılır
Region
10 İyul , 2016 13:22
​İrana məxsus Su-24 döyüş təyyarəsi qəzaya uğrayıb

Bakı. 10 iyul. REPORT.AZ/ İran Silahlı Qüvvələrinə məxsusu "Su-24" bombrdmançı təyyarəsi ölkənin cənubunda qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu haqda İran Kİv-i məlumat yayıb.

İnformasiyaya görə, pilotlar katapult edərək, sağ qalıblar. Onlar helikopterlər Şiraz şəhər xəstəxanasına yerləşdiriliblər.

İlkin məlumata əsasən, qırıcı texniki nasazlıq ucbatından qəzaya uğrayıb.

Xəbərdə bildirilib ki, hadisə ölkənin Fars əyalətinin Baxteqan gölü yaxınlığnda baş verib. Qəzanın baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi