Yuxarı

İrana məxsus pilotsuz uçan aparat ABŞ hərbi gəmisinin üzərindən uçub

Rəsmi Washington hadisə ilə bağlı şərh verməkdən çıkinib.

Bakı. 29 yanvar. REPORT.AZ/ İrana məxsus pilotsuz uçan aparat ABŞ hərbi gəmisinin üzərindən uçaraq gizli çəkiliş edib.

"Report"un "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, İran telekanalları ABŞ hərbi donanmasına məxsus aviadaşıyıcısının görüntülərini yayıb.

Rəsmi Washington hadisə ilə bağlı şərh verməkdən çıkinib.

İran mətbuatı hərbi gəminin adını açıqlamasa da, Qərb mətbuatı Fars körfəzində hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "Harri Truman" aviadaşıyıcısı xaricində heç bir Amerika aviadaşıyıcısının olmadığına diqqət çəkib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi