​İran yenə ballistik raketi sınaqdan keçirib

​İran yenə ballistik raketi sınaqdan keçirib ABŞ raket proqramını inkişaf etdirdiyi üçün İslam Respublikasına qarşı sanksiyaların bir hissəsini aradan qaldırmayıb
Region
8 Mart , 2016 13:57
​İran yenə ballistik raketi sınaqdan keçirib

Bakı. 8 mart. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyası hərbi təlim çərçivəsində ballistik raketin sınağını keçirib. "Report" xəbər verir ki, bu haqda İranın İSNA agentliyi məlumat yayıb.

Məlumata görə, raket atəşi ölkə üzrə quraşdırılan bütün bunkerlərdən buraxılıb. Bu sınaqla İran İslam inqilabını, dövləti, suverenliyi təhdid edə biləcək təhlükə qarşısında güc nümayişi etdirib. Bu sayaq raketlər vasitəsi ilə nüvə başlıqlarını daşımaq mümkündür.

Qeyd edək ki, İranın hərbi rəsmiləri ABŞ-ın sanksiyalarına baxmayaraq, ballistik raket proqramını inkişaf etdirəcəklərini bildiriblər.

Xatırladaq ki, ABŞ raket proqramını inkişaf etdirdiyi üçün İrana qarşı sanksiyaların bir hissəsini aradan qaldırmayıb.

Son xəbərlər

Orphus sistemi