İran Yəmənə görə Səudiyyə Ərəbistanı ilə münaqişədən yayınacağına ümid edir

İran Yəmənə görə Səudiyyə Ərəbistanı ilə münaqişədən yayınacağına ümid edir Cavad Zərif: "Biz belə hallara son qoymaq üçün hələ də bir-birimizlə işləyə bilərik"
Region
18 İyul , 2017 06:15
İran Yəmənə görə Səudiyyə Ərəbistanı ilə münaqişədən yayınacağına ümid edir

Bakı. 18 iyul. REPORT.AZ/ Tehran ümid edir ki, Yəməndəki münaqişə İran və Səudiyyə Ərəbistanı arasında birbaşa qarşıdurmaya səbəb olmayacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu bazar günü İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

"Əlbəttə, əgər biz Yəmən və ya Suriyadakı vəziyyətlər üzrə bir-birimizlə razılaşmayacağıqsa, bu hallara son qoymaq üçün bir-birimiz ilə hələ də işləyə biləcəyimizə ümid edirik", - deyə Zərif Nyu-Yorkda çıxışı zamanı bildirib.

İran lideri ayətullah Əli Xamneyi may ayında Səudiyyə Ərəbistanının ünvanına tənqidlə çıxış edərək, ölkə hakimiyyətini "İslam düşmənlərinə ehtiram göstərməkdə" ittiham edib.

Son xəbərlər

Orphus sistemi