Yuxarı
    Bağlamaq

    İran yaxın 3-4 il müddətində kosmosa insan göndərməyi planlaşdırır

    İran kosmik proqramının inkişaf templəri sürətləndirilib

    Bakı. 3 oktyabr. REPORT.AZ/ İran yaxın 3-4 il müddətində kosmosa göyərtəsində insan olan aparat göndərməyi planlaşdırır. "Report" ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran kosmik qurumunun rəhbəri Həmid Fazeli məlumat verib. 

    İranda kosmik proqramın inkişaf templəri sürətləndirilib. Hələ ötən ilin sonlarında insanın kosmosa uçuşunun təşkil olunmasını nəzərdə tutan layihənin 5-8 il ərzində həyata keçirilməsi planlaşdırılırdı. 

    Layihənin hazırlıq mərhələsində ötən ilin yanvar və dekabr aylarında biokapsula adlandırılan aparatların orbitə çıxarılması üçün daşıyıcı raketlər buraxılıb. Onların göyərtəsində meymunlar olub və uçuş uğurla başa çatıb. 

    H.Fazeli bildirib ki, göyərtəsində meymun olan biokapsula kosmosa gələn il martın 20-dək buraxılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi