İran XİN: Rusiya Həmədan aviabazasından istifadəni dayandırıb

İran XİN: Rusiya Həmədan aviabazasından istifadəni dayandırıb Bəhram Kasemi: "Hazırkı mərhələdə Həmədandakı bazadan yaraqlıların mövqelərinə hava zərbələri endirmək üçün istifadə edilməsi prosesi başa çatıb"
Region
22 Avqust , 2016 14:29
İran XİN: Rusiya Həmədan aviabazasından istifadəni dayandırıb

Bakı. 22 avqust. REPORT.AZ/ Rusiya İranın Həmədan aviabazasından istifadəni dayandırıb.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Kasemi məlumat verib.

B.Kasemi bildirib ki, hazırkı mərhələdə Həmədandakı bazadan İŞİD yaraqlıların Suriyadakı mövqelərinə hava zərbələri endirmək üçün istifadə edilməsi prosesi başa çatıb.

Qeyd edək ki, daha əvvəl ölkə parlamentinin spikeri Əli Laricani İranın hərbi bazanı nə Rusiyanın, nə də hər hansı digər ölkənin sərəncamına vermədiyini bildirib. Ə.Laricani bunu deputatlardan birinin İran konstitusiyasında hətta sülh məqsədilə olsa belə, xarici ölkənin bazasının yerləşdirilməsinin qadağan olunması ilə maddəni xatırlatdığı zaman cavab olaraq söyləyib.

Son xəbərlər

Orphus sistemi