Yuxarı
    Bağlamaq

    İran XİN rəsmisi: “ABŞ-la münasibətlərin qurulması gündəliyimizdə yoxdur”

    Abbas Ərakçi: “Yalnız birgə komissiyalarda mütəxəssis səviyyəsində görüşlərimiz olur”

    Bakı. 1 mart. REPORT.AZ/ “ABŞ-la münasibətlərin qurulması bizim gündəliyimizdə yoxdur”.

    “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Abbas Ərakçi bildirib.

    “Biz Əhatəli Razılaşma üzrə Fəaliyyət Planınında (İranın nüvə problemi üzrə “altılıq” ölkələri ilə əldə edilən razılaşmanı nəzərdə tutur - “Report”) onlarla birlikdə işləmişik. Hazırda razılaşmaya dair əlaqə də daxil olmaqla onlarla heç bir təmasımız yoxdur. Hətta bu da ikitərəfli əlaqə deyil. Odur ki, hazırda bizim ABŞ-la ikitərəfli əlaqəmiziin qurulması gündəlikdə yoxdurl”, - deyə o vurğulayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi