Bakı. 16 aprel. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 18-də ABŞ-a yola düşəcək.
"Report" "Təsnim" agentliyinə istinadən xəbər verir ki, İran XİN rəhbəri gələn həftə Nyu-Yorkda keçiriləcək İqlimlə bağlı tarixi sazişin imzalanması mərasimində iştirak edəcək.
BMT aprelin 22-də təşkilatın Nyu-Yorkdakı qərargahında baş tutacaq mərasimdə dekabr ayında Parisdə əldə olunan iqlim sazişini dünyanın 155 ölkəsinin imzalayacağını gözləyir.