​İran XİN ölkə vətəndaşlarını Türkiyəyə quru yolu ilə səfər etməkdən çəkinməyə çağırıb

​İran XİN ölkə vətəndaşlarını Türkiyəyə quru yolu ilə səfər etməkdən çəkinməyə çağırıb Nazirlik alternativ kimi hava yollarını təklif edib
Region
10 Avqust , 2015 13:22
​İran XİN ölkə vətəndaşlarını Türkiyəyə quru yolu ilə səfər etməkdən çəkinməyə çağırıb

Bakı. 10 avqust . REPORT.AZ/ İranın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Türkiyəyə quru yolu ilə səfər etməkdən çəkinməyə çağırıb. 

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Nazirlik Türkiyənin şərqində baş verən bəzi hadisələrə görə qonşu ölkəyə quru yolu ilə deyil, təyyarələrlə səfər etməyi məsləhət görüb. XİN-in bu çağırışı növbəti müraciətədək qüvvədə olacaq.  

Məlumatda qeyd edilib ki, ötən həftə İran-Türkiyə sərnişin qatarına iki dəfə hücum edilib.

Son xəbərlər

Orphus sistemi