Yuxarı

İran XİN-in rəsmisi: "Rəcəb Tayyib Ərdoğan Tehrana səfər edəcək"

Bəhram Qasımi: Səfərin tarixi hələlik müəyyənləşdirilməyib

Bakı. 22 avqust. REPORT.AZ/ "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Tehrana səfəri hazırda gündəlikdədir".

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib.

Onun sözlərinə görə, səfərin tarixi hələlik müəyyənləşdirilməyib. 

B.Qasimi deyib ki, hazırda İranla Türkiyə arasında Suriya böhranı üzrə müzakirələr aparılır.  

Türkiyə-İran-Suriya üçlüyünün yaranması məsəsləsinə münasibət bildirən XİN sözçüsü vurğulayıb ki, Suriya böhranı ciddi məsələlərdəndir: "Ancaq belə bir üçlüyün yaranması hələlik tezdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi