İran XİN: Hava zərbələri Suriyadakı vəziyyəti daha da gərginləşdirəcək

İran XİN: Hava zərbələri Suriyadakı vəziyyəti daha da gərginləşdirəcək Behram Qasimi: “ABŞ-ın Suriyanı bombalamaqla beynəlxalq hüququ pozub və terrorçulara yardım edib”
Region
7 Aprel , 2017 10:36
İran XİN: Hava zərbələri Suriyadakı vəziyyəti daha da gərginləşdirəcək

Bakı. 7 aprel. REPORT.AZ/ “ABŞ Suriyanı bombalamaqla beynəlxalq hüququ pozub və terrorçulara yardım edib”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Behram Qasimi ABŞ-ın Suriyanın Homsdakı hərbi hava bazasını bombalamasına münasibət bildirərkən deyib.

“Endirilən hava zərbələrinin Suriyadakı vəziyyəti daha gərginləşdirəcəyinə inanırıq”, - deyə, B.Qasimi vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi