Yuxarı

​İran XİN: BMT Təhlükəsizlik Şurasının qərarı ballistik raketlərin istehsalını məhdudlaşdırmır

İran suverenliyini qorumaq üçün lazımi addımlar atmaqda və öz müdafiə imkanlarını gücləndirməkdə davam edəcək

Bakı. 21 iyul. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurasının iyulun 20-də qəbul etdiyi 2231 saylı qətnaməsi İranın ballistik raketlərinin istehsalı proqramını məhdudlaşdırmır. "Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə qətnamənin qəbul edilməsindən dərhal sonra yayılan İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"İran İslam Respublikası suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün lazımi addımlar atmaqda, öz müdafiə imkanlarını gücləndirməkdə, eləcə də regionda terror təhlükəsinə qarşı mübarizə aparmaqda davam edəcək. Bununla bağlı İranın hərbi potensialı, o cümlədən ballistik raketləri də sırf müdafiə xarakterlidir. Bu silahlar nüvə başlıqlarının, həmçinin kütləvi qırğın silahlarının daşınması üçün nəzərdə tutulmayıb və ona görə də BMT TŞ-nin qəbul etdiyi qətnamənin təsir dairəsinə daxil deyil", - bəyanatda vurğulanır.

Bəyanatda həmçinin İranın regionda terrorizmə qarşı mübarizə, sülhün möhkəmləndirilməsi və sabitliyin əldə olunması üçün fəal rol oynamaq niyyəti də qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi