Bakı. 4 dekabr. REPORT.AZ/ "Xəzər dənizinin hüquqi statusuna dair məsələdə irəliləyiş var".
"Report" IRNA agentliyinə istinadən xəbər verir ki, bunu dekabrın 4-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə iştirak edən İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif bildirib.
Onun sözlərinə görə, tərəflər 12 sənədi müzakirə ediblər və razılıq əldə edilmiş məsələlərdən biri də Xəzər dənizində xarici hərbi qüvvələrin mövcudluğunun qarşısının alınması olub.