Yuxarı

İran XİN başçısı: "Xəzər dənizində sərhədlərin müəyyən edilməsi əsas mübahisəli məsələlərdən biridir"

Hüquqi rejim bütün dövlətlərin maraqlarını təmin edən formada hazırlanmalıdır

Bakı. 13 iyul. REPORT.AZ/ "Xəzər dənizində sərhədlərin müəyyən edilməsi əsas mübahisəli məsələlərdən biridir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, hüquqi rejim bütün dövlətlərin maraqlarını təmin edən formada hazırlanmalıdır.

Bundan əlavə, M.C.Zərif təhlükəsizlik məsələlərin də çox əhəmiyyətli olduğunu bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi