​İran XİN başçısı: "Səudiyyə Ərəbistanı diplomatlarının təhlükəsizliyini təmin edəcəyik"

​İran XİN başçısı: "Səudiyyə Ərəbistanı diplomatlarının təhlükəsizliyini təmin edəcəyik" Məhəmmədcavad Zərif BMT baş katibinə ünvanladığı məktubda krallığı "terrorçuluğun himayədarı" kimi də təqdim edib
Region
9 Yanvar , 2016 15:38
​İran XİN başçısı: Səudiyyə Ərəbistanı diplomatlarının təhlükəsizliyini təmin edəcəyik

Bakı. 9 yanvar. REPORT.AZ/ "İran hakimiyyəti Səudiyyə Ərəbistanı diplomatlarının təhlükəsizliyini təmin etməklə yanaşı, beynəlxalq hüquqa uyğun olaraq, bütün öhdəliklərinə sadiqdir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin BMT-nin baş katibi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi və BMT-yə üzv dövlətlərin xarici işlər nazirlərinə ünvanladığı məktubda bildirib.

O, Səudiyyə Ərəbistanını "ağılın səsinə qulaq asmağa" çağırıb.

İranın naziri krallığın Məşhəddəki konsulluğu və Tehrandakı səfirliyinin binalarına hücuma işarə edərək bildirib: "Təəssüf ki, son günlər baş verən hadisələr iki dövlət arasında münasibətlərin kəskinləşməsinə səbəb olub".

Məhəmmədcavad Zərif məktubda Səudiyyə Ərəbistanını "terrorçuluğun himayədarı" kimi də təqdim edib.

Qeyd edək ki, dekabrın 3-də bir qrup Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğunun binasına hücum edərək binada yanğın törədiblər, həmçinin səfirliyin daxili müəssisəsini dağıdıblar.

Son xəbərlər

Orphus sistemi