Yuxarı

İranın XİN başçısı Oman körfəzində baş verənləri şübhəli hal adlandırıb

​İran XİN başçısı Oman körfəzində baş verənləri şübhəli hal adlandırıb

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Oman körfəzində tankerlərlə bağlı insidenti şübhəli hal adlandırıb.

"Report" xəbər verir ki, bu barədə İranın XİN başçısı "Twitter" səhifəsində yazıb.

"Yaponiyaya məxsus tankerlərə edilən hücumlar Yaponiya baş naziri Sindzo Abenin ayətullah Əli Xamənei ilə görüşdüyü və hərtərfli, dostcasına danışıqlar apardığı zaman baş verib. Şübhəli bu səhər başverənləri ifadə eləmək üçün çox yumşaq sözdür. İran tərəfindən təklif olunan regional dialoq üzrə forum zəruridir", - Zərif yazıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi