İran XİN başçısı: "Heç bir xarici dövlət Xəzər dənizində silahlı qüvvələrini yerləşdirə bilməz"

İran XİN başçısı: "Heç bir xarici dövlət Xəzər dənizində silahlı qüvvələrini yerləşdirə bilməz" Məhəmməd Cavad Zərif: "Xəzərin hüquqi statusu haqqında Konvensiyaya dair müzakirələrdə böyük irəliləyişlər əldə olunub"
Region
5 Dekabr , 2017 10:21
İran XİN başçısı: Heç bir xarici dövlət Xəzər dənizində silahlı qüvvələrini yerləşdirə bilməz
irna.ir

Bakı. 5 dekabr. REPORT.AZ/ Xəzəryanı ölkələr Xəzər dənizində xarici dövlətlərin silahlı qüvvələrinin yerləşdirilməməsinə dair razılıq əldə edib.

"Report" xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Xəzəryanı ölkələrin XİN başçılarının görüşündə iştirak etmək üçün Moskvaya gəldikdən sonra iranlı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, indiyə qədər Xəzər məsələsi üzrə 49 ekspert görüşü keçirilib və xarici işlər nazirlərinin qarşıdan gələn Moskva görüşündə iştirakçılar Astanada Xəzər sammitinin keçirilməsi məsələsini müzakirə edəcəklər.

M.C.Zərif həmçinin əlavə edib ki, Xəzərin hüquqi statusu haqqında Konvensiyaya dair müzakirələrdə böyük irəliləyişlər əldə olunub.

Son xəbərlər

Orphus sistemi