Tehran "Washington Post"un müxbirini casusluqda ittiham edib

Tehran "Washington Post"un müxbirini casusluqda ittiham edib Ceyson Rezayan ötən ilin yayında saxlanılıb
Region
20 Aprel , 2015 21:36
Tehran Washington Postun müxbirini casusluqda ittiham edib

Bakı. 20 aprel. REPORT.AZ/ 2014-cü ilin yayında İran hakimiyyəti tərəfindən saxlanılan Amerikanın "Washington Post" qəzetinin xüsusi müxbiri Ceyson Rezayana qarşı arasında "casusluğ"un da olduğu dörd maddə üzrə ittiham irəli sürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə müttəhimin vəkili Leyla Əhsənə istinadən Vaşinqton nəşri məlumat yayıb.

Hüquqşünasın sözlərinə görə, onun müştərisi "düşmən hökumətlərlə əməkdaşlıq etmək və dövlət dəyərlərinə qarşı təbliğat aparmaqda" ittiham olunur.

Son xəbərlər

Orphus sistemi