Yuxarı

​İran vətəndaşını qətlə yetirmiş erməni azadlığa buraxılıb

Ona ömürlük həbs cəzası verilmişdi

Bakı. 28 oktyabr. REPORT.AZ/ İran vətəndaşını öldürdüyü üçün ömürlük həbs cəzası verilmiş Ermənistan vətəndaşı Soqomon Koçaryan 20 ildən sonra azadlığa buraxılıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, Soqomon Koçaryan "səhhəti ilə əlaqədar azadlığa buraxılıb".

Xəbərdə bildirilib ki, o, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni silahlılarının sırasında olub, yaralanıb, ikinci qrup əlil sayılır.

Ermənistan KİV-inin yazdığına görə, S.Koçaryanın Yerevanda qətlə yetirdiyi İran vətəndaşı Azərbaycan türküdür. Erməni mətbuatı onu "farsların təbəəsi azərbaycanlı", "İran təbəəsi azərbaycanlı" kimi təqdim ediblər. Bu yolla media azərbaycanlını qətlə yetirdiyi üçün S.Koçaryanın ömürlük həbsdən azadlığa buraxılmasına haqq qazandırmağa çalışıb.

Qeyd edək ki, 1995-ci ildə İran vətəndaşı olmuş Azərbaycan türkünü qətlə yetirdiyi üçün Soqomon Koçaryan barəsində ölüm hökmü çıxarılıb. Ancaq sonra bu hökm ömürlük həbs cəzası ilə əvəz edilib.

Məlumatda bildirilib ki, S.Koçaryan həbs edildikdən sonra həyat yoldaşı ağır xəstəlikdən ölüb, 19 yaşlı qızı isə 2014-cü ildə intihar edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi