İran vətəndaşı olan gənc qadın Ermənistanda intihar edib

İran vətəndaşı olan gənc qadın Ermənistanda intihar edib O, şüşə stəkanı sındıraraq, sol gicgah nahiyəsini kəsib
Region
8 Sentyabr , 2016 11:35
İran vətəndaşı olan gənc qadın Ermənistanda intihar edib

Bakı. 8 sentyabr. REPORT.AZ/ İran İslam Respublikasının 28 yaşlı vətəndaşı Fəridə Əfşari Yerevanda intihar edib.

"Report" "newsarmenia"-ya istinadən xəbər verir ki, hadisə Yerevanda, Tiqran Metsa prospektində yerləşən "Pars" restoranının yaxınlığında baş verib.

İnfromasiyaya görə, o, şüşə stəkanı sındıraraq, sol gicgah nahiyəsini kəsib. Məlumatda bildirilib ki, gənc qadın xəstəxanaya çatdırlısa da, reanimasiya şöbəsində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi