İran və Səudiyyə Ərəbistanı birillik boykotdan sonra Həcc ziyarəti mövzusunu müzakirə edəcək

İran və Səudiyyə Ərəbistanı birillik boykotdan sonra Həcc ziyarəti mövzusunu müzakirə edəcək İran nümayəndə heyəti bu məqsədlə fevralın 23-də Səudiyyə Ərəbistanına səfər edəcək
Region
20 Fevral , 2017 14:54
İran və Səudiyyə Ərəbistanı birillik boykotdan sonra Həcc ziyarəti mövzusunu müzakirə edəcək

Bakı. 20 fevral. REPORT.AZ/ İran nümayəndə heyəti Həcc ziyarəti mövzusu və birillik boykotdan sonra iranlıların ziyarətdə iştirakı məsələlərini müzakirə etmək üçün fevralın 23-də Səudiyyə Ərəbistanına səfər edəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bəhram Qasemi brifinqdə jurnalistlərə bildirib.

Xatırladaq ki, 2015-ci ilin Həcc ziyarəti zamanı yaşanmış faciəvi insidentdən sonra İran hökuməti vətəndaşlarına Məkkəyə getməyi qadağan edib. Həmin zaman basırıq nəticəsində 2 mindən çox insan həlak olub və ölənlərin 464 nəfəri iranlı zəvvar olub.

Ümumiyyətlə, Səudiyyə Ərəbistanı hər bir ölkəyə əhalisinin sayından asılı olaraq, Həcc mövsümündə müqəddəs yerləri ziyarət etmək üçün zəvvar kvotası müəyyənləşdirir. İranın Həcc ziyarəti kvotası isə 60 mindən çoxdur.

Son xəbərlər

Orphus sistemi