​İran və Rusiya Xəzərdə birgə hərbi manevrlar keçirəcək

​İran və Rusiya Xəzərdə birgə hərbi manevrlar keçirəcək Manevrlar 1-2 günlük nəzərdə tutulub
Region
24 Oktyabr , 2015 19:26
​İran və Rusiya Xəzərdə birgə hərbi manevrlar keçirəcək

Bakı. 24 oktyabr. REPORT.AZ/ Tehran və Moskva Xəzər dənizində iki ölkənin hərbi dəniz qüvvələrinin birgə manevrlarını keçirməyi planlaşdırır.

“Report” xəbər verir ki, bunu şənbə günü “Fars” agentliyinə müsahibəsində İran Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Həbibullah Səyyari bildirib.

"İran və Rusiya hərbi dəniz qüvvələri Xəzər dənizində birgə manevrlar keçirməyi planlaşdırır", - deyə o bildirib.

Kontr-admiralın sözlərinə görə, manevrlar 1-2 gün ərzində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi