İran və Rusiya milli ödəmə sistemlərinin ikitərəfli inteqrasiyasına başlayırlar

İran və Rusiya milli ödəmə sistemlərinin ikitərəfli inteqrasiyasına başlayırlar İnteqrasiya prosesi ümumilikdə 10-12 ay çəkəcək
Region
29 Oktyabr , 2017 04:20
İran və Rusiya milli ödəmə sistemlərinin ikitərəfli inteqrasiyasına başlayırlar

Bakı. 29 oktyabr. REPORT.AZ/ İran və Rusiya öz milli ödəmə sistemlərinin ikitərəfli inteqrasiyasının ilkin mərhələsinə başlayırlar. Söhbət Rusiyanın “Mir” və İranın “Shetab” milli ödəmə sistemlərinin birləşdirilməsindən gedir.

“Report” “Praym” portalına istindən xəbər verir ki, inteqrasiyanın ilkin mərhələsi 3 aydan sonra başlayacaq. Ümumilikdə bu proses 10-12 ay çəkəcək.

“Biz qərara gəldik ki, ilkin mərhələdə “Shetab” milli ödəmə sisteminin kartlarının sahibi olan İran vətəndaşları və “Mir” kartlarının istifadəçisi olan Rusiya vətəndaşları, hər iki ölkənin bankomatlarından sərbəst istifadə edə bilsinlər”, - deyə İranın informasiya texnologiyaları korporasiyasının icraçı direktoru Səid Əbu Talib Nəcəfi qeyd edib.

Qeyd olunur ki, İran eyni zamanda Rusiyanın “BPM Bank Texnologiyaları” şirkəti ilə əməkdaşlıq çərçivəsində beynəlxalq ödəmə sistemlərinə giriş əldə etmək üçün infrastruktur yaradır.   

Son xəbərlər

Orphus sistemi